AZ

Kobaxidze: ABŞ-nin Gürcüstana qarşı sanksiyaları iki ölkə arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir

ABŞ-nin Gürcüstana qarşı sanksiyaları iki ölkə arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir.Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində keçirilən Ukraynanın bərpası üzrə konfransın kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.“Bir daha qeyd etmək istərdim ki, sanksiyalar ciddi deyil. Amma bununla yanaşı, bu, ölkəmizə və xalqımıza qarşı təhqiredici addımdır. Bu həmçinin iki ölkə arasında tərəfdaşlıq ruhuna da uyğun gəlmir. Müvafiq olaraq, ümid edirəm ki, yekunda bu qərarlara yenidən baxılacaq”, – Kobaxidze deyib.O qeyd edib ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin mümkün qədər dərinləşməsi Gürcüstanın maraqlarına cavab verir. Gürcüstan Baş naziri, həmçinin həm amerikalı, həm də avropalı tərəfdaşların bu istiqamətdə qarşılıqlı addımlar atacağına ümid etdiyini bildirib.“Bu, gürcü xalqına və dövlətinə qarşı düzgün münasibət olardı”, – Kobaxidze söyləyib və Qərb tərəfdaşlarını praqmatik addımlar atmağa çağırıb.Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olub. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller iyunun 6-da bildirib ki, ABŞ ölkədə xarici agentlər haqqında qanun qəbul edildiyinə görə onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
32
elchi.az

10Mənbələr