RU

Çin: Üçüncü ölkələr Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığımıza müdaxilə edə bilməz

Üçüncü ölkələr Pekin və Moskva arasında ticarət və iqtisadi əlaqələri pozmağa çalışmamalıdır.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian günün mətbuat konfransında deyib: “Çin heç vaxt qeyri-legitim birtərəfli sanksiyaları qəbul etməyəcək. Üçüncü tərəflər Çin və Rusiya arasında normal ticarət-iqtisadi əməkdaşlığı pozmağa və ya müdaxilə etməyə çalışmamalıdırlar”.

Lin Çin şirkətlərinin qanuni hüquq və mənafelərini qorumaq üçün tədbirlər görəcəklərini qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
32
editor.az

10Источники