AZ

Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır - Hansı addımlar atıla bilər?

G7 və Avropa İttifaqı (Aİ) ölkələri SWIFT-in analoqu olan Rusiya Bankının Maliyyə Mesajlaşma Sistemindən (SPFS) istifadə edən banklara qarşı sanksiyaları müzakirə edirlər.

“Bloomberg” agentliyi mənbələrə istinadən yazır ki, bu tədbir Rusiyanın mövcud məhdudiyyətlərdən yan keçməsini və ehtiyac duyduğu hərbi texnologiyaların əldə edilməsini qadağan edən yeni sanksiyalar paketinin bir hissəsi kimi nəzərdən keçirilir. Agentliyin həmsöhbətinin sözlərinə görə, 2023-cü ildə SPFS trafiki əvvəlki illə müqayisədə demək olar ki, üç dəfə artıb. Hazırda sistemdən Çin, Belarus, Ermənistan və Qazaxıstan da daxil olmaqla iyirmi ölkədən 150-dən çox bank istifadə edir.

“Bloomberg” qeyd edir ki, bir neçə Avropa Birliyi üzvü belə bir hərəkətin qanuni əməliyyatlara təsir göstərəcəyindən və üçüncü ölkələrlə münasibətlərə zərər verə biləcəyindən narahat olaraq SPFS-nin tam qadağan olunmasına qarşı çıxır.

Müzakirə olunan digər tədbirlərə sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin banklarına qarşı sanksiyalar daxildir. Həmçinin şirkətlərə qarşı tərəfləri yoxlamaq tələblərinin sərtləşdirilməsi və sanksiya siyahısına daha çox fiziki və hüquqi şəxslərin əlavə edilməsi təklif edilir.

G7-nin iyunda keçiriləcək görüşü ərəfəsində yeni sanksiyalar paketinin razılaşdırılması planlaşdırılır.

“AzPolitika.info”

Seçilən
75
32
azpolitika.info

10Mənbələr