Aktual.az xəbər verir ki, funksioner bu barədə DPA agentliyinə açıqlamasında bildirib.
O, Bundestimin son illərdə olduqca pis çıxış etdiyini vurğulayıb:
"Lakin yaxşı komandaları var. Fransa yığması ilə yoldaşlıq matçından sonra isə tamam başqa münasibət gördüm. Mən həmişə deyirəm: İspaniyanı heç vaxt zəif qəbul etməyin. Xorvatiya, Belçika, Niderland, ola bilsin, Danimarka da var. Fikrimcə, Almaniya, Fransa, İngiltərə və Portuqaliya favoritdirlər".
Qeyd edək ki, Avro-2024 14 iyun-14 iyul aralığında gerçəkləşəcək.