AZ

UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqlayıb

UEFA prezidenti Aleksander Çeferin Almaniyada keçiriləcək Avropa çempionatında meydan sahiblərini əsas favoritlərdən biri hesab edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, funksioner bu barədə DPA agentliyinə açıqlamasında bildirib.

O, Bundestimin son illərdə olduqca pis çıxış etdiyini vurğulayıb: "Lakin yaxşı komandaları var. Fransa yığması ilə yoldaşlıq matçından sonra isə tamam başqa münasibət gördüm. Mən həmişə deyirəm: İspaniyanı heç vaxt zəif qəbul etməyin. Xorvatiya, Belçika, Niderland, ola bilsin, Danimarka da var. Fikrimcə, Almaniya, Fransa, İngiltərə və Portuqaliya favoritdirlər".

Qeyd edək ki, AVRO-2024 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
8
missiya.az

10Mənbələr