RU

Azərbaycan və Albaniya ikitərəfli investisiyaların təşviqi məsələlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.

"Ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyətini, səmərəli enerji tərəfdaşlığını və ikitərəfli investisiyaların təşviqi məsələlərini müzakirə etdik", - nazir qeyd edib.

Избранный
284
1
operativmedia.az

2Источники