RU

"Antidepressantlar mütləq həkim nəzarəti ilə qəbul edilməlidir" - HƏKİM MÜNASİBƏT BİLDİRDİ

"Antidepressant adı gələndə ilk növbədə psixiatr nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Durna Ələkbərova deyib.

O bildirib ki, lakin nevroloji xəstəliklər zamanı da antidepressantlardan istifadə olunur: "Xüsusən də kəskin və ya xroniki ağrılar zamanı antidepressantlar istifadə olunur. Ağrılar zamanı istifadə olunan antidepressantların təyini müəyyən vaxt ərzində - 2-3 ay ərzində təyin olunur. Qısa bir vaxt ərzində, maksimum 4-5 aya qədər uzada bilərik. Amma baş-beynin xəstəlikləri nəticəsində baş verən antidepressantları isə biz nisbətən uzun müddət xəstəyə təyin edirik, minimum 6 ay, maksimum 2 ilə qədər. Bu antidepressantlar kiçik dozada başlayır. İstənilən xəstəlik zamanı antidepressantlar ilk növbədə kiçik dozadan başlanılır. Çünki ağır qrup dərman preparatları olduğu üçün biz kiçik dozada dərman qəbuluna başlayırıq. Həkim nəzarəti altında dərmanın dozasını terapevtik effektə qədər qaldırırıq. Müəyyən müddətdən sonra xəstənin ümumi vəziyyətində stabilləşmə qeyd etdikdən sonra dozanı tədricən azaldaraq kəsirik. Xəstə ambulator şəraitdə, mütəmadi həkim nəzarətində olmalıdır.

Müəyyən müalicə həddinə gəldikdə hansı doza bizə lazımdırsa, o dozada saxlayırıq. Bir müddət kəsilməsi də dozanı azaltmaqla olur. Antidepressantlar mütləq həkim nəzarəti ilə qəbul edilməlidir. Bəzən olur ki, pasiyentlər özbaşına qonşunun təsiri ilə qəbul edir. Bu, düzgün fikir deyil. Çünki hər bir insanın xəstəliyinə uyğun olaraq antidepressant qəbul olunmalıdır. Bu seçimi ancaq həkim edir. Antidepressantların dozası getdikcə terapevtik dozaya qədər artırılır. Bu, dayandırıldıqda da bu qərarı ancaq həkim verir. Xəstənin ümumi vəziyyətinə uyğun olaraq dozanın azaldılması da tədricən baş verir. Birdən-birə kəsmək olmaz. Çünki kəsilmə sindromu baş verə bilər. Bu da artıq xəstənin vəziyyətinin daha da kəskinləşməsinə gətirib çıxarır.

Pasiyentlər antidepressant qəbul edərkən vəziyyətləri yaxşılaşandan sonra özləri dərman qəbulunu dayandırır və bu da sonra xəstəliyin bir az da kəskinləşməsinə gətirib çıxarır. Ona görə də dərman qəbul edən xəstə özbaşına yox, həkim nəzarəti ilə dayandırmalıdır".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
28
sia.az

10Источники