AZ

“Biz inkubator cücəsi yox, insanıq”- Həkim

“İnsan qəflətən həddindən artıq yeməyə başlayır və ya həddindən artıq yeməyi azaldırsa, yeməkdən sonra peşman olub özünü qusdurursa və ya bu qusma öz-özünə baş verirsə, bu həmin şəxsin yemək pozuntusu xəstəliyi ilə üz-üzə qalmasından xəbər verir. Müasir dövrdə bütün insanlar arıq olmaq uğrunda öldürücü bir yarışa girib. Bu işdə media da böyük təzyiq vasitəsi kimi çıxış edir. Amma düşünmürlər ki, bu insanlarda psixoloji problemlərə gətirib çıxara bilər”.

Bu fikirləri Hit.az-a psixoterapevt Yaqut Rüstəmova səsləndirib. 

Onun sözlərinə görə, insanın həyatına həm fizioloji, həm psixoloji, həm də sosioloji cəhətdən mənfi təsir göstərən qidalanma pozğunluqları  istənilən yaşda kişi və qadınlar arasında görünə bilər.

“Hamı arıq olacaq deyə bir qanun yoxdur. Yalnız arıq olanlar gözəldir deyə bir tendensiya da yoxdur Bunu edənlərin hamısı müəyyən reklamlara, məqsədlərə xidmət edirlər. Necə ki, üzlərimiz fərqlidir, eləcə də orqanizmlər, düşüncələr fərqlidir. İnsanları zombilədirmə proqramı gedir. Estetik əməliyyatla hamı bir-birinə bənzəməyə çalışır. Hamı 50 kilodan  yuxarı olmamağa çalışır. Biz insanıq. İnkubator cücəsi deyilik. Bizi maraqlı edən də fərqliliklər, rəngarəngliklərdir.  Yemək pozğunluqlarının ortaya çıxmasının əsas səbəblərindən biri özünə inamın olmamasıdır .İnsanları xəstə salaraq, dəbə uyğunlaşdırmaq yolverilməzdir. Belə problemi olanlar varsa, mütləq psixoterapevtə müraciət etməlidirlər”,- deyə həkim qeyd edib.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
28
hit.az

10Mənbələr