Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumətlərarası Komissiyasının IX iclasının Şuşada keçirilməsi planlaşdırılır.Elchi.az Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.O bildirib ki, Azərbaycanla BƏƏ arasında əlaqələr çoxşaxəli və dinamikdir:“Ölkələrimiz arasında ticarət dövriyyəsi 15 faizdən çox artıb.Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu əlaqələrin inkişafında Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının rolu böyükdür. Hər iki komissiya əlaqələrin inkişafına töhvə verən mühüm platformadır. Komissiyanın növbəti 9-cu iclasını Şuşada keçirməyi planlaşdırırıq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта