AZ

Daha bir mühüm iclas Şuşada keçirilə bilər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumətlərarası Komissiyasının IX iclasının Şuşada keçirilməsi planlaşdırılır.

Olaylar xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanla BƏƏ arasında əlaqələr çoxşaxəli və dinamikdir:

"Ölkələrimiz arasında ticarət dövriyyəsi 15 faizdən çox artıb.Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu əlaqələrin inkişafında Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının rolu böyükdür. Hər iki komissiya əlaqələrin inkişafına töhvə verən mühüm platformadır. Komissiyanın növbəti 9-cu iclasını Şuşada keçirməyi planlaşdırırıq". (Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
olaylar.az

5Mənbələr