RU

Türkiyədə rusların sayı niyə azalır?

Türkiyə yay tətilinin baha olması səbəbindən rus turistlərini itirməyəcək, lakin onların sayında azalma ehtimalı var.

Publika.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu türkiyəli iqtisadçı Mustafa Recep Ercin bildirib.

“Türkiyədə turizm son illərdə sıçrayış yaşayır, bəli, qiymətlər bahadır, lakin yüksək qiymətlər beşulduzlu otellərə və tam pansiyona aiddir Dünyada heç bir nümunəsi olmayan bu sistem üzrə qiymətlərə baxanda, çox da yüksək görünmür, ona görə də turistlər Türkiyəyə üstünlük verəcəklər”, - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, turizm sektoru nümayəndələrinin qiymətləndirmələrinə əsasən aydın olur ki, bundan sonra səhər yeməyi olan otellərə üstünlük veriləcək.

“Tamamilə aydındır ki, Türkiyə rusiyalı turistləri itirməyəcək, lakin onların sayı azalacaq və ya artmayacaq” - deyə ekspert bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
1
publika.az

2Источники