AZ

Türkiyədə rusların sayı niyə azalır? - XƏBƏRDARLIQ

Türkiyə yay tətilinin baha olması səbəbindən rus turistlərini itirməyəcək, lakin onların sayında azalma ehtimalı var.

Bunu türkiyəli iqtisadçı Mustafa Recep Ercin bildirib.

“Türkiyədə turizm son illərdə sıçrayış yaşayır, bəli, qiymətlər bahadır, lakin yüksək qiymətlər beşulduzlu otellərə və tam pansiyona aiddir Dünyada heç bir nümunəsi olmayan bu sistem üzrə qiymətlərə baxanda, çox da yüksək görünmür, ona görə də turistlər Türkiyəyə üstünlük verəcəklər”, - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, turizm sektoru nümayəndələrinin qiymətləndirmələrinə əsasən aydın olur ki, bundan sonra səhər yeməyi olan otellərə üstünlük veriləcək.

“Tamamilə aydındır ki, Türkiyə rusiyalı turistləri itirməyəcək, lakin onların sayı azalacaq və ya artmayacaq” - deyə ekspert bildirib.

Rusiya səfiri Aleksey Yerxov daha əvvəl bildirmişdi ki, Türkiyəyə gələn rusiyalı turistlərin sayı bu il keçənilki rəqəmi 6,3 milyon üstələyə bilər.  / Publika.az 

Seçilən
91
1
referans.az

2Mənbələr