2019 və 2020-ci illər arasında dünya üzrə işsizlərin sayı 191,93 milyondan 235,21 milyona yüksəlib ki, bu da işsizliyin illik ən böyük artımıdır. 2022-ci ildə isə dünya üzrə işsizlərin sayı 205,25 milyon nəfərə qədər azalıb.
Bəs 1991-ci ildən 2024-cü ilə qədər dünyada neçə nəfər işsiz olub?
İqtisadiyyat.az bu barədə dünya statistikasında araşdırma aparıb.
Araşdırmalara görə, 1991-ci ildə dünyada 115,6 milyon insan işsiz olub. Hazırda isə bu göstərici 210,9 milyon nəfərə yüksəlib:
İllər | İşsizlərin sayı |
1991 | 115,6 milyon nəfər |
1995 | 144,7 milyon nəfər |
2000 | 167,1 milyon nəfər |
2005 | 187,3 milyon nəfər |
2010 | 200,4 milyon nəfər |
2015 | 199,2 milyon nəfər |
2016 | 200,7 milyon nəfər |
2017 | 198,1 milyon nəfər |
2018 | 193,9 milyon nəfər |
2019 | 191,9 milyon nəfər |
2020 | 235,2 milyon nəfər |
2021 | 216,4 milyon nəfər |
2022 | 205,2 milyon nəfər |
2023 | 208,2 milyon nəfər |
2024 | 210,9 milyon nəfər |
Qeyd edək ki, 2023-cü ildə Cənubi Afrika 28,4 faizlə dünyada ən yüksək işsizlik səviyyəsinə sahib bölgə olub. İşsizlik səviyyəsinin ən yüksək olduğu 10 ölkədən 9-u Sahara-altı Afrikadadır.
Gözəl Həşimova