RU

İsveçrədəki görüşdən sonra verilən bəyanatda rus qoşunlarının çıxarılması tələbi olmayacaq

İsveçrədəki görüşdən sonra verilən bəyanatda rus qoşunlarının çıxarılması tələbi olmayacaq




İsveçrədə keçirilən sülh sammitindən sonra verilən birgə bəyanatda Rusiyanın qoşunlarını geri çəkməsi tələbləri yer almayacaq. Bu barədə Yaponiyanın NHK telekanalı sənəd layihəsinə istinadən məlumat yayıb.Materialda qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi on bənddən yalnız üç bəndi bəyanatda qalacaq: atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi, ərzaq təhlükəsizliyinin yaradılması, məhbusların azad edilməsi və azyaşlıların vətənlərinə qaytarılması. Bu qərar Rusiya Federasiyası ilə münasibətlərə önəm verən bir sıra ölkələrin mövqeyi ilə əlaqədar qəbul edilib.Mənbə: lenta.ru

Избранный
131
patrul.az

1Источники