RU

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində ingilis dili üzrə təlimlərə başlanılıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin COP29-da xidmət göstərəcək əməkdaşlarına ingilis dili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlərə başlanılıb. 

​TƏBİB-dən "Operativ Media"ya verilən məlumata görə, artıq bir aya yaxındır davam edən təlimlər zamanı 173 təcili tibbi yardım əməkdaşına növbəli şəkildə ingilis dili təlimləri keçirilib. Onlardan 63-ü həkim, 62-si tibb bacısı, 48-i isə sürücü olub. Bundan sonra daha 250-dən çox əməkdaşın cəlb olunacağı təlimlərin sentyabr ayına kimi davam edəcəyi nəzərdə tutulub.

​Təlimlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 tədbirlərinin bu il Azərbaycanda keçirilməsinə hazırlıq prosesi ilə əlaqədardır.

​Təşkil olunacaq tədbirlərdə Mərkəzin təcili tibbi yardım briqadaları tibbi xidmətə ehtiyacın yaranmasını nəzərə alaraq iştirakçıların sağlamlığının keşiyində xidmət göstərəcək.

TƏBİB ailəsi olaraq tədbir çərçivəsində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün davamlı işlər görülür və proseslər diqqət mərkəzindədir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
122
9
operativmedia.az

10Источники