AZ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin COP29-da xidmət göstərəcək əməkdaşları üçün ingilis dili  təlimləri keçirilir

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin COP29-da xidmət göstərəcək əməkdaşlarının ingilis dili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlərə başlanılıb.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, bu günə qədər 173 təcili tibbi yardım əməkdaşına növbəli şəkildə ingilis dili təlimləri keçirilib. Onlardan 63-ü həkim, 62-si tibb bacısı, 48-i isə sürücü olub. Bundan başqa təlimlərə daha 250-dən çox əməkdaşın da cəlb olunacağı gözlənilir. Təlimlərin sentyabr ayına kimi davam edəcəyi nəzərdə tutulub.
 
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək.
 
Təşkil olunacaq tədbirdə Mərkəzin təcili tibbi yardım briqadaları tibbi xidmətə ehtiyacın yaranmasını nəzərə alaraq iştirakçıların sağlamlığının keşiyində xidmət göstərəcək.
 
TƏBİB ailəsi olaraq tədbir çərçivəsində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün davamlı işlər görülür və proseslər diqqət mərkəzinədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
9
aztibb.az

10Mənbələr