Azərbaycan 1-ci Liqasında pley-offun cavab oyununun cədvəli müəyyənləşib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, "Araz Saatlı" - "Cəbrayıl" matçı iyunun 15-i,Saatlı OİK stadionunda keçiriləcək. Görüş saat 17:30-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda "Cəbrayıl" 2:0 hesabı ilə qalib gəlib.