RU

"Mən heç bir cinayət törətməmişəm" - Həbsdə olan sabiq deputat səhhətindən şikayətləndi

Sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc müvəkkilinin həbsdə qalmasına heç bir əsas olmadığını deyib.

O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasınl istəyib: "Yaşayış yeri məlumdur. Onun cinayət törətdiyini təsdiqləyən heç bir sübut yoxdur".

Nazim Bəydəmirli müdafiəçisinin vəsatətini dəstəkləyərək təmin edilməsini istəyib. O, səhhətində də problemlər olduğunu məhkəmənin diqqətinə çatdırıb: "Bir yalnış məlumat üzərindən heç bir cinayət işlətmədən həbs olunmuşam. Mən heç bir cinayət törətməmişəm. Məhkəmənin sonuna qədər şahidləri dindirəcəksiniz. Övladlarım narahat olmasın deyə səhhətimlə bağlı problemləri ictimaiyyətə açıqlamaq istəmirəm. Oğlum bu gün Amerikaya yola düşür. Koç universitetinin doktorantı idi. İmtahan yolu ilə Amerikada dövlət təhlükəsizliyi ilə məşğul olan qurumlardan birində işə düzəlib. Ona demişəm ki, harada işləyindən asılı olmayaraq Azərbaycan xalqının mənafeyini yüksək tut".

Избранный
137
7
mia.az

10Источники