RU

Ermənistan parlamenti hökumətin istefası məsələsinə baxacaq

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib.
İclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihəsi daxil ediləcək.
Göstəriş qanunverici orqanın saytında dərc olunub.
Qeyd edək ki, bazar günü axşam "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət parlamentdə Baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başladacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
154
28
oxu.az

10Источники