RU

Qurban bayramı ərəfəsində ət bazarında qiymətlər - ARAŞDIRMAVİDEO

Qurban Bayramı ərəfəsində xüsusilə quzu ətinin qiymətində bahalaşma müşahidə edilir.

Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyir ki, hazırda 15-20 kiloqramlıq qurbanlıq quzu ətinin qiyməti 19-20 manat arasında dəyişir. Onların sözlərinə görə, 10 kiloqramlıq quzu ətinin kiloqramı isə bəzi yerlərdə 22 manata qədər yüksəlir.

Qiymətlərin bahalaşması alıcı qüvvəsinə də təsir edib. Əvvəlki illərlə müqayisədə qurbanlıq quzularla bağlı sifarişlər kəskin azalıb. Satıcılar bildirir ki, qiymətin dəyişməsinə yemin baha olması da təsir edən amillərdən biridir.

Alıcılar deyir ki, qiymətlərin artmasına görə aldıqları ətin kiloqramını azaltmaq məcburiyyətində qalıblar.

İqdisatçı Ekspert Xalid Kərimli bildirib ki, qiymətin bahalaşmanın əsas səbələrindən biri son illər ölkədə xırdabuynuzlu heyvanların azalması və qurban bayramı ərəfəsində ətə olan təlabatın artmasıdır.

Ekspert əlavə edib ki, ət bazarında qiymətlər rəsmi qurumlar tərəfindən tənzimlənmir. Bayramdan sonra qiymətlərdə ucuzlaşma gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
31
xezerxeber.az

10Источники