AZ

Azərbaycanda quzu əti kəskin BAHALAŞDI

Qurban Bayramı ərəfəsində xüsusilə quzu ətinin qiymətində bahalaşma müşahidə edilir. Satıcılar bildirir ki, hazırda 15-20 kiloqramlıq qurbanlıq quzu ətinin qiyməti 19-20 manat arasında dəyişir. 
Onların sözlərinə görə, 10 kiloqramlıq quzunun ətinin bir kiloqramı isə bəzi yerlərdə 22 manata qədər yüksəlir.
Qiymətlərin bahalaşması alıcı qüvvəsinə də təsir edib. Əvvəlki illərlə müqayisədə qurbanlıq quzularla bağlı sifarişlər kəskin azalıb. Satıcılar bildirib ki, qiymətin dəyişməsinə yemin baha olması da təsir edən amillərdən biridir.
Alıcılar Xezerxebe-ə açıqlamalarında qiymətlərin artmasına görə aldıqları ətin kiloqramını azaltmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
İqdisatçı Ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymətin bahalaşmanın əsas səbələrindən biri son illər ölkədə xırdabuynuzlu heyvanların azalması və qurban bayramı ərəfəsində ətə olan təlabatın artmasıdır.
Ekspert əlavə edib ki, ət bazarında qiymətlər rəsmi qurumlar tərəfindən tənzimlənmir. Bayramdan sonra qiymətlərdə ucuzlaşma gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
16
businesstime.az

10Mənbələr