Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində növbəti iməcilik təşkil olunub.
Aksiya çərçivəsində ETSN-nin, Azərbaycan Hava Yollarının əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahili 800 kiloqramdan artıq tullantıdan təmizlənib.