RU

Salyanda “07” ilə sürət həddini aşan gənc ağır qəza törətdi- VİDEO

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 9-da gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 52-BX-635 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetməni itirən sürücü avtomobili dəmir boruya çırpıb. Qəza zamanı sürücü - Fərid adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsi yararsız hala düşüb. 
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Избранный
177
avtosfer.az

1Источники