RU

Gəncədə kişi arvadını bıçaqlayıb

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1997-ci il təvəllüdlü A.Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı 1987-ci il təvəllüdlü Rafael Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Избранный
140
15
oxu.az

4Источники