AZ

Gəncədə kişi keçmiş arvadını bıçaqladı

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1997-ci il təvəllüdlü A. Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1987-ci il təvəllüdlü Rafael Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad İbrahimli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
15
unikal.az

6Mənbələr