Ənənəvi kompüter çipi kimi işləyən yeni kompüter neyronlar vasitəsilə siqnal göndərən və qəbul edən sxemlər kimi çıxış edir.
Lakin yeni texnologiyanı xüsusi edən onun daha az enerji sərf etməsidir, çünki canlı neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf edirlər.
Elm adamları, beynimizin 10 ilə 20 vat arasında enerji istehlak etməsini tələb edən işlərin bugünkü kompüterlərdə 21 meqavat enerji sərf etdiyini ortaya qoyublar. Bu, onların insan beynindən min dəfə çox enerji sərf etdiyini göstərir. Bu texnologiya nəyin mümkün olduğuna dair təsəvvürlərimizə meydan oxuyur və süni intellektin gələcəyi və bəşəriyyətin texnologiya ilə əlaqəsi haqqında dərin suallar yaradır.
Fidan Əliyeva