AZ

İnsan beynindən "canlı kompüter" quraşdırıldı

İsveç alimləri insan beyin toxumasından hazırlanmış dünyanın ilk “canlı kompüteri” istehsal ediblər. “Canlı kompüter”in dünyanın enerji böhranlarını həll edə biləcəyi proqnozlaşdırılır.

Turkustan.az xəbər verir ki, İsveçli alimlər insan beyin toxumasından hazırlanan dünyada ilk canlı kompüter istehsal ediblər.

Laboratoriya mühitində yetişdirilən 16 beyin hüceyrəsi qrupundan ibarət olan hüceyrələr bir-birləri arasında informasiya əlaqəsini təmin edir.

TRT Haber-in Daily Mail-dən verdiyi xəbərə görə, ənənəvi kompüter çipinə çox bənzəyən yeni kompüter neyronlar vasitəsilə siqnal göndərən və qəbul edən dövrələr kimi fəaliyyət göstərir.

Lakin yeni texnologiyanı xüsusi edən onun daha az enerji sərf etməsidir, çünki canlı neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf edirlər.

Elm adamları, beynimizin 10 ilə 20 vatt arasında enerji istehlak etməsini tələb edən işlərin bugünkü kompüterlərdə 21 meqavat enerji sərf etdiyini ortaya qoydular. Bu, onların insan beynindən min dəfə çox enerji sərf etdiyini göstərir.

Dopamin ilə məşq

Təxminən 0,5 mm diametrdə və 10 min canlı neyrondan ibarət mini beyinlər dopamin dozaları ilə öyrədilir. Tapşırıqları düzgün yerinə yetirdikdə, mükafat olaraq bir kimyəvi maddə axını alırlar.

Alimlər müəyyən sahələri dopamin ifrazını təqlid etmək üçün işığa məruz qoyaraq stimullaşdırırlar. Orqanoidlər səkkiz elektrodla əhatə olunub və aktivliyi ölçə bilir.

Texnologiya üçün dönüş nöqtəsi

Bu sıçrayış biologiya və texnologiya arasındakı sərhədləri qarışdıraraq hesablama və nevrologiyada yeni imkanlar açır.

Etik mülahizələr çox olsa da, canlı kompüter texnologiya sahəsində mühüm mərhələni qeyd edir.

Bu texnologiya nəyin mümkün olduğuna dair təsəvvürlərimizə meydan oxuyur və süni intellektin gələcəyi və bəşəriyyətin texnologiya ilə əlaqəsi haqqında dərin suallar yaradır .

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
turkustan.az

6Mənbələr