RU

Ben Afflek və Cennifer Lopez buna görə boşanmaq İSTƏYİRLƏR 

Dünya şöhrətli məşhur cütlük Cennifer Lopez və Ben Afflekin ayrılması ilə bağlı xəbərlər səngimək bilmir. 

Bizim.Media xəbər verir ki, cütlüyə yaxın olan bir neçə mənbə iddia edib ki, Afflek və Lopez sadəcə olaraq münasibətlərinin ictimailəşdirilməsində razılığa gələ bilməyiblər. 

Ben Cenniferdən fəqli olaraq, sosial şəbəkələrdə lazımsız paylaşımlar və mediada səs-küylü başlıqlar olmadan sakit, ölçülüb-biçilmiş ailə həyatını sevir. Müğənni isə xoşbəxtliyi haqqında yüksək səslə qışqırmağa üstünlük verir.
Digər iddialara görə isə Cenniferin ayrılıq xəbərlərini gündəmə atması insanları rekord dərəcədə aşağı bilet satılan turunun ləğv xəbərlərindən yayındırmaq üçündür. Şəxsi həyata fərqli yanaşma istəyi Afflek-Lopez cütlüyünün münasibətlərində büdrəməsinə səbəb olub. 

Qeyd edək ki, bu, cütlüyün ikinci cəhdidir. Onlar 2000-ci illərin əvvəllərində tanış olublar və görüşməyə başlayıblar.

2003-cü ildə isə nişanlandıqlarını elan ediblər, lakin tezliklə münasibətlərə ara verib və sonra toylarını tamamilə ləğv ediblər. Bu müddət ərzində Cennifer və Ben başqa-başqa şəxslərlə ailə qurub və hər ikisinin uşaqları olub. Ancaq pandemiya zamanı ulduzlar yenidən ünsiyyət qurmağa başlayıb və münasibətlərinə bir şans daha verməyə qərar veriblər. Cütlük 2022-ci ildə ailə həyatı qurub. 

Rəşad Əliyev, Bizim.Media

Избранный
123
bizim.media

1Источники