RU

İtkin düşmüş Azərbaycan əsgəri ilə bağlı Ermənistan tərəfindən AÇIQLAMA 

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Referans.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat verib.

Məlumatda qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan əsgərinin Ermənistan sərhədini keçdiyinə dair məlumat daxil olmayıb.

"Başqa məlumat daxil olarsa, rəsmi açıqlama veriləcək", - Ermənistan MTX-dən bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.  

Избранный
123
7
referans.az

8Источники