Bakı. Trend:
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusununitkin düşmüş hərbi qulluqçusu ilə bağlı yayılan xəbərlərə münasibətbildirib.
Trend bubarədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, Ermənistan Milli TəhlükəsizlikXidmətinə Azərbaycan əsgərinin Ermənistan sərhədini keçdiyinə dairməlumat daxil olmayıb.
"Başqa məlumat daxil olarsa, rəsmi açıqlama veriləcək", -Ermənistan MTX-dən bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgərHüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan MuxtarRespublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsiistiqamətində naməlum şəraitində itkin düşüb. Hərbi qulluqçumuzunaxtarışı ilə bağlı zəruri tədbirlər görülür.