RU

Şagirdlərin BMU-ya ekskursiyası təşkil edilib

Zirvə Liseyinin bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, şagirdlərə universitetin zəngin maddi-texniki bazası, tədris olunan, eyni zamanda bu il açılan yeni ixtisasları barədə zəruri informasiyalar təqdim edilib.

 

Sonra məktəblilər BMU-nun laboratoriyalarını gəziblər. Onlar Biologiya laboratoriyasında mikroskopda hüceyrənin əsas bölünmə üsulları: “mitoz” və “meyoz” u əks etdirən slaydları əyani şəkildə izləyiblər. Universitetin Kimya-biologiya kafedrasının müəllimi Afaq Rzayeva  şagirdlərə laboratoriyanın iş prinsipi haqqında məlumat verib.

 

Ekskursiya şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Избранный
98
3
azedu.az

4Источники