RU

Tehranda müəllimlər etiraz aksiyası keçirdi

Bu gün müəllimlər Tehran şəhərində Təhsil Nazirliyinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Bu barədə İran Müəllimləri Birliyi məlumat yayıb.

Nazirliyin qarşısında "sərbəst buraxın" şüarları səsləndirən müəllimlər iyunun 9-da keçirilən etiraz aksiyasında saxlanılan həmkarlarının azad edilməsini tələb ediblər.

Qeyd edək ki, iyunun 9-da İran Təhsil Nazirliyi qarşısında aksiya keçirilib.

Narazı müəllimlər əmək haqları və təqaüdlərinin az olmasına etirazlarını bildiriblər.

Bölgəyə cəlb olunan polis qüvvələri bir neçə müəllimi həbs edib, bir neçə müəllim isə döyülüb, yaralanıb.

visiontv.az




Избранный
123
6
visiontv.az

10Источники