Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, Misir bir çox sahələrdə ərəb dünyasının aparıcı ölkəsidir:
“Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələri təkcə İslam dini ilə bağlı olmayıb, həm də tarixi hadisələrin davamıdır. Azərbaycanın daim ərəb və islam dünyası ilə əlaqələri olub. Torpaqlarımız işğal altında olarkən İslam Əməkdaşlıq Təşkilatında ərazilərimizin işğaldan azad edilməsi barədə bəyanatı ərəb ölkələri dəstəkləyib, həmçinin BMT-də Azərbaycanın haqlı mövqeyi daim müdafiə olunub.
Düşünürəm ki, Prezident İlham Əliyevin Misirə səfərinin perspektivdə Qarabağda yenidənqurma işlərinə ərəb investorların cəlb edilməsi, eləcə də gələcəkdə Azərbaycanla ərəb ölkələri arasında münasibətlərin Cənubi Qafqazda yaranmış yeni vəziyyətə uyğun qurulmasında böyük əhəmiyyəti olacaq. Habelə Orta Asiya, Azərbaycan və ərəb ölkələri arasında, eləcə də Türkiyə ilə faydalı əməkdaşlıq qurula bilər. Bunun üçün tərəflərin hər cür imkanı və potensialı var”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.