Azad olunan ərazilərdə iyunun 3-9-da 47 tank əleyhinə mina, 88 piyada əleyhinə mina, 615 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən 1362.3 hektar ərazi minalardan təmizlənib.