AZ

Bir həftədə 147 mina aşkarlanıb

Azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Bildirilib ki, 1284,4 hektar ərazi minalardan təmizlənib.

Seçilən
120
49
demokrat.az

10Mənbələr