RU

Rusiya qoşunu Sumı vilayətinə girib? - Zelenski açıqladı

Dünəndən başlayaraq, Rusiya qüvvələrinin Ukraynanın Sumı vilayəti ərazisinə soxulduğyu barədə məlumatlar yayılmağa başlayıb. Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyasının Kursk vilayəti ilə sərhəddə, Rusiyanın Tetkino kəndi yaxınlığında yerləşən Ukraynanın Rıjevka qəsəbəsinin ələ keçirildiyini iddia edib. O, Rıjevkanın atəşə tutulmasının videosunu da yayımlayıb.

“AzPolitika” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, prezident Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Sumı vilayətində “vəziyyətə tam nəzarət edir”: “Rıjevka kəndinə gəlincə, işğalçı orada təbliğat xarakterli əməliyyat keçirməyə cəhd edib. Bu səhərə olan məlumata görə, kənddə Rusiya bayrağı məhv edilib, orada işğalçılar yoxdur”.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CDD) rəhbəri Andrey Kovalenko bildirib ki, bir gün əvvəl ələ keçirildiyi açıqlanan Sumı vilayətinin sərhədindəki Rıjevka kəndində Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən Rusiya Federasiyasının Ukrayna Silahlı Qüvvələrinin “müdafiəsini sınaqdan keçirmək cəhdi” olub.

Müstəqil ekspertlər bildirir ki, 2022-ci ildən bu kənd boz zonada yerləşir və Rusiya diversiya qrupları mütəmadi olaraq oraya daxil olurlar.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
1
azpolitika.info

2Источники