AZ

Zelenskidən SON DƏQİQƏ! Rusiya qoşunu Sumı vilayətinə GİRDİ? – Kamran Həsənli CANLIda

Dünəndən başlayaraq, Rusiya qüvvələrinin Ukraynanın Sumı vilayəti ərazisinə soxulduğu barədə məlumatlar yayılmağa başlayıb. Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyasının Kursk vilayəti ilə sərhəddə, Rusiyanın Tetkino kəndi yaxınlığında yerləşən Ukraynanın Rıjevka qəsəbəsinin ələ keçirildiyini iddia edib. O, Rıjevkanın atəşə tutulmasının videosunu da yayımlayıb.

Ukrayna KİV-ləri xəbər verir ki, Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Sumı vilayətində “vəziyyətə tam nəzarət edir”: “Rıjevka kəndinə gəlincə, işğalçı orada təbliğat xarakterli əməliyyat keçirməyə cəhd edib. Bu səhərə olan məlumata görə, kənddə Rusiya bayrağı məhv edilib, orada işğalçılar yoxdur”.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CDD) rəhbəri Andrey Kovalenko bildirib ki, bir gün əvvəl ələ keçirildiyi açıqlanan Sumı vilayətinin Rusiya sərhədindəki Rıjevka kəndində Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən Rusiya Federasiyasının Ukrayna Silahlı Qüvvələrinin “müdafiəsini sınaqdan keçirmək cəhdi” olub.

Müstəqil ekspertlər bildirir ki, 2022-ci ildən bu kənd boz zonada yerləşir və Rusiya diversiya qrupları mütəmadi olaraq oraya daxil olurlar.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
musavat.com

2Mənbələr