RU

"PARA BOKT"un yığılmış zərəri 51 mln. manatı ötüb - Hesabat

"PARA BOKT" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "PARA BOKT" 1 milyon 42 min manat zərər edib. 2022-ci ildə kredit təşkilatı 1 milyon 825 min manat zərər etmişdi.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 18% azalaraq 4 milyon 51 min manat, dəyərsizləşmə üzrə zərərləri 32% azalaraq 3 milyon 829 min manat, işçi heyəti üzrə xərcləri 18.7% azalaraq 282 min manat, ümumi inzibatı xərcləri isə 5% azalaraq 1 milyon manat təşkil edib. Beləliklə kredit təşkilatı ötən il 1 milyon 42 min manat əməliyyat zərəri ilə üzləşib.

Ötən il BOKT-un cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 14.4% və ya 3.5 milyon manat azalaraq 21 milyon 109 min manat olub.

Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 18% azalaraq 12,1 milyon manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 60%-dən 57.5%-ə enib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 6% və ya 2.5 milyon manat azalaraq 39 milyon manata bərabər olub.

2024-cü il yanvar ayının 1-nə 29 milyon 266 min manat nizamnamə kapitalına malik olan "PARA BOKT"un yığılmış zərəri 50 milyon manatdan 51 milyon 47 min manata yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
6
apa.az

8Источники