RU

“F-16”ların bir qismi Ukrayna hüdudlarından kənarda yerləşdiriləcək

Müdafiə yardımı çərçivəsində Ukraynaya təhvil veriləcək “F-16”ın bir hissəsi xarici aviabazalarda yerləşdiriləcək.

"Report" “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Aviasiya rəisi Sergey Qolubtsov deyib.

Onun sözlərinə görə, buna səbəb qırıcıları Rusiyanın hücumlarından qorumaqdır.

S.Qolubtsov qeyd edib ki, hazırda 4 ölkə Ukraynaya qırıcıların verilməsini təsdiqləyib, ancaq zaman keçdikcə say arta bilər: “Başa düşmək lazımdır ki, ölkəyə təhvil veriləcək təyyarələrin heç də hamısı Ukraynada yerləşdirilməyəcək. Onların bir qismi pilotlarımızın və aviasiya kadrlarımızın hazırlandığı mərkəzlərdə qalacaq. Onlardan pilotlarımıza təlim keçmək üçün istifadə olunacaq. Bir neçə qırıcı Ukraynada deyil, təhlükəsiz hava bazalarında saxlanılacaq. Bununla da, onların hədəfə çevrilməməsinə çalışılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
12
report.az

10Источники