AZ

Ukrayna bəzi F-16-larını xaricdə yerləşdirəcək - SƏBƏB

Bəzi F-16 qırıcıları Ukraynadan kənarda yerləşən hava bazalarında "ehtiyatda" yerləşdiriləcək.

Avtosfer.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının aviasiya rəisi Sergey Qolubtsov deyib.

"Bu, təyyarələrin Ukrayna bazalarında işğalçıların hədəfinə çevrilməməsi üçün ediləcək", - deyə qeyd olunub.

Digər şeylərlə yanaşı, bu qırıcılar təmir işləri və nasaz təyyarələrin dəyişdirilməsi zamanı ehtiyat rolunu oynayacaqlar. Eyni zamanda, Kiyevin aldığı təyyarələrin bir hissəsi ukraynalı pilotların hazırlanması üçün xaricdə istifadə olunacaq.

(modern.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
12
avtosfer.az

5Mənbələr