RU

Qusar polisi külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb » AzadMedia.az


Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Yaşar Balaşov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Yaşar Balaşovun barəsində həbs qətimkan tədbiri seçilib.
Избранный
87
6
azadmedia.az

8Источники