RU

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Bakı. Trend:

İyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşəkçaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23°, gündüz 27-32° olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%,gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterliintensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecəvə səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 30-35°, dağlarda gecə8-13°, gündüz 15-20° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
146
14
az.trend.az

10Источники