AZ

Yağış yağacaq, şimşək çaxacaq - Şənbə gününün HAVASI

Bakı. Trend:

İyunun 8-də Azərbaycanda müşahidə ediləcək hava şəraitiaçıqlanıb.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Səhər havanın arabir tutulacağı, gecəyə doğruyarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşəkçaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərqküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %,gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın sabah əsasən yağmursuzkeçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterliintensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıqərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabirduman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə10-14°, gündüz 15-20° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
14
az.trend.az

10Mənbələr