Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Anons.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1979-cu il təvəllüdlü Haqverdiyeva Vüsalə Davud qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.