"Buna sırf ev hazırlığı deməzdim”.
Sportinfo.az xəbər verir ki, bu açıqlama millimizin hücumçusu Musa Qurbanlıya aiddir.
1:3 hesabıyla uduzan komandamızın heyətində məhz 23 yaşlı forvard təsəlli qoluna imza atdı.
O, vurduğu qolu şərh edib:
“Əvvəlcə uzaq küncə tərəf yönəldim, ancaq Qismətin ötürməsinin daha arxaya getdiyini görüncə, topun hara gələ biləcəyini təxmin etdim və lazımi yerdə olaraq qol vurdum ".