Bakının Nəsimi rayonunun S.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.Manset.az "Report"a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.
Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.