RU

Makron növbədənkənar seçkilər təyin etdi

Fransa prezidenti Emmanuel Makron ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib.

Teleqraf.com xəbər verir ki, Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edərək növbədənkənar keçiriləcək seçkilərin birinci turunu iyunun 30-a təyin edib.

O, xalqa videomüraciətində deyib: "Bu axşam Milli Məclisi buraxıram. Tezliklə mən yeni parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayacağam, birinci turu iyunun 30-da, ikinci turu iyulun 7-də keçiriləcək”,

Qeyd edək ki, bundan əvvəl Fransada Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn Milli Mitinq partiyasının lideri Jordan Bardella Makronu Fransa parlamentinə növbədənkənar seçkilər təşkil etməyə çağırıb.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
45
teleqraf.com

10Источники