AZ

Siyasi böhranı həll etmək üçün Makron istefa verməlidir – AÇIQLAMA

“Fransada İntibah Partiyasının populyarlığının azalması fonunda yaranan siyasi böhranı həll etmək üçün Makron istefa verməli olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Birlik Partiyasının parlament fraksiyasının sədri Marin Le Pen deyib:

“Mən Makronu istefaya çağırmıram – güc institutlarımıza hörmət edirəm. Amma siyasi blokada və ya böhran baş verəndə üç variant var: kadr dəyişikliyi, ləğv və ya istefa. Belə bir şəraitdə kadr dəyişiklikləri mənim üçün faydalı görünmür. Ona görə də prezidentin qarşısında qalan yeganə seçim siyasi böhrandan çıxmaq imkanı əldə etmək üçün istefa verməkdir”.

Qeyd edək ki, iyunun 9-da Fransada keçirilən Avropa Parlamentinə seçki zamanı Milli Birlik partiyası birinci yeri tutaraq 31 faizdən çox səs toplayıb, İntibah Partiyası isə 14,6 faizlə ikinci yerdə olub.

Tərəfdarlarının məğlubiyyətindən sonra Makron Milli Assambleyanı buraxmaq və növbədənkənar parlament seçkisi elan etmək qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
45
nocomment.az

10Mənbələr