RU

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda

Cəlilabad, 10 iyun, AZƏRTAC

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunda qeydə alınıb.

İdarəetmədən çıxan avtomobil park halında olan “Ford” markalı maşına çırpılıb.

Hadisə zamanı xəsarət alan iki nəfər - Eldar Bayramov və Rəhim Mustafayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
50
azertag.az

10Источники