AZ

Kəlbəcərdə ailə üzvləri qəzaya düşdülər

Kəlbəcərdə iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə  nəticələnən ağır yol qəzası baş verib.

 

"Report"un məlumatına görə, hadisə rayonun İstibulaq kəndində qeydə alınıb.

 

Belə ki, "Mercedes" markalı avtomobil  idarəetmədən çıxaraq aşıb. Nəticədə Lazımov Məqsəd Həbib oğlu (1955-ci il təvəllüdlü) və həyat yoldaşı Hüseynova Qənirə Ağalar qızı (1958) aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər.

 

Qəza zamanı həmçinin onların kürəkənləri - Rəsulov Elşad Kazım oğlu (1980), Yusifov Vüsal Fazil oğlu (1979), qızları - Rəsulova Ruhanə Məqsəd qızı (1984), Yusifova Xəyalə Məqsəd qızı (1982) və sürücü Qocayev Elnur Novruz oğlu (1988) xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.

 

İlkin məlumata görə, ölən və xəsarət alanlar Kəlbəcər rayonunda kənd təsərrüfatı ilə məşğul olurlarmış...

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
149
4
senzor.az

10Mənbələr